Bu il Amerika və Karib hövzəsində 4 milyondan çox insan dang qızdırmasına yoluxub
Bu il Amerika və Karib hövzəsində 4 milyondan çox danq qızdırması hadisəsi qeydə alınıb və 2000-dən çox insan bu xəstəlikdən dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının Amerikadakı regional ofisi Pan Amerika Səhiyyə Təşkilatının məsləhətçisi Thais dos Santos xəstəliyin qeydlərinin 1980-ci ildən bəri aparıldığını və yoluxma sayındakı ciddi artımın davam etdiyini bildirib. "Bu il qeydə alınmış tarixdə ən çox dang qızdırmasını müşahidə etdiyimiz ildir" - deyə ÜST nümayəndəsi bildirib.
Bu il Amerika və Karib hövzəsi ölkələrində xəstəliklərin artmasında qeyri-adekvat sağlamlıq şəraiti və sistemləri rol oynasa da, mütəxəssislər iqlim dəyişikliyi səbəbindən quraqlıq və daşqınların da virusun daha da yayılmasına səbəb olduğunu vurğulayırlar.
Danq qızdırması kimi vektor xəstəliklərin daha çox leysan yağışlarla yığılan suda artan ağcaqanadlar vasitəsilə yayıldığı bildirilir.
Əlavə olaraq xəbərdarlıq edilir ki, temperaturun yüksəlməsi və sürətli urbanizasiya yoluxma sürətini artırır.
Noyabrın əvvəlinə olan məlumata görə, bütün dünyada 4,5 milyondan çox dang qızdırması hadisəsi qeydə alınıb və 80 ölkədə 4000-dən çox insan ölüb. 2019-cu ildə görülən ən yüksək 5,2 milyon yoluxmanın bu il keçə biləcəyi bildirilir.