ABŞ-da "dang" qızdırması halı aşkarlanıb


ABŞ-ın Kaliforniya ştatında ölkə hüdudlarından kənara səyahət etməyən insanlarda 2 "dang" qızdırması halı qeydə alınıb.



Pasadena şəhərinin Xalq Sağlamlığı İdarəsindən verilən açıqlamada, Pasadenada yaşayan bir şəxsin keçən ay "dang" qızdırmasına tutulduğu və xəstənin sağalma prosesinin davam etdiyi bildirilib.

Bu hadisə Kaliforniyada səyahətlə əlaqəli olmayan ilk təsdiqlənmiş "dang" qızdırma hadisəsidir və Birləşmiş Ştatlarda son dərəcə nadir haldır.

İşi araşdıran səhiyyə işçiləri düşünürlər ki, səyahət edən və yoluxmuş bir şəxsi dişləyən ağcaqanad başqa bir yerli sakini dişləyərək xəstəliyi ötürmüşdür.

ABŞ-ın Kaliforniya ştatının Long Beach şəhərindəki səhiyyə departamentinin səlahiyyətliləri, səyahətlə əlaqəli olmayan başqa bir "dang" qızdırması hadisəsinin qeydə alındığını, lakin xəstənin sağaldığını açıqlayıb.

Səlahiyyətlilər xəstəliyin başqalarına keçmə riskinin az olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu