İndoneziyada dang qızdırmasından ölənlərin sayı 2023-cü ilə nisbətən 179,4 faiz artıb


İndoneziyada ilin əvvəlindən bəri dang qızdırmasından ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 179,4 faiz artıb.



"Antara News"un məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyi 2024-cü ilin əvvəlindən bəri danf qızdırmasından ölənlər barədə məlumat açıqlayıb.

Ölkədə denge qızdırmasına yoluxanların sayının 62 min 1-ə, xəstəlik səbəbindən həyatını itirənlərin sayının isə 475-ə çatdığı bildirilib.

Müvafiq olaraq, 2023-cü ilin eyni dövründə yoluxma sayının 174,9 faiz, xəstəlikdən ölənlərin sayının isə 179,4 faiz artdığı bildirilib.

Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, son vaxtlar ağcaqanadların çoxaldığı ərazilərin dezinfeksiya və təmizlənməsinə diqqət yetirilməlidir.

İndoneziyada 2016-cı ildə 1598 nəfər, 2017-ci ildə 493 nəfər, 2018-ci ildə 344 nəfər, 2019-cu ildə 917 nəfər dang qripindən ölüb.

2023-cü ilin ilk 15 həftəsində ölkədə dang qızdırmasına yoluxanların sayı 22 min 551, ölənlərin sayı isə 170 nəfər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu