Banqladeşdə danq qızdırmasına yolxuma halları 100 mini keçib


Banqladeşdə danq qızdırmasına yoluxma halları 100 mini keçib. Ölkə daxilində bu xəstəlikdən ölənlərin sayı 485-ə yüksəlib.


Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DHGS) verdiyi açıqlamada, son 24 saatda təkcə paytaxt Dəkkədə 872 yoluxmanın aşkar edildiyi bildirilib. İlin əvvəlindən bu yana danq qızdırmasından ölənlərin sayının 485 olduğu, ölkə üzrə yoluxma sayının isə 100 mini keçdiyi qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin Banqladeşdə danq epidemiyasının pisləşməyə davam etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu