Tbilisidə partlayış, bina uçdu: iki nəfər ölüb



Tbilisi yaxınlığındakı Poniçala qəsəbəsində baş verən qaz partlayışı beşmərtəbəli yaşayış binasının uçmasına səbəb olub.

AFN.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həyatını itirib. Xilasedicilər onların meyitlərini dağıntılar altından çıxarıblar.

İlkin məlumata görə, partlayış binanın yuxarı mərtəbəsindəki qaz qızdırıcısında baş verib. Hadisə zamanı 11 yaşlı uşaq da daxil olmaqla dörd nəfər xəsarət alıb.

Həlak olanlardan birinin də uşaq olduğu bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu