Rusiyada təbii qaz kəmərində baş vermiş partlayış nəticəsində 6 nəfər yaralanıb


Rusiyada təbii qaz kəmərində güclü partlayış baş verib. Partlayışdan sonra başlayan yanğında 6 nəfər xəsarət alıb.



Perm vilayətində təbii qaz kəmərində baş verən partlayış ətraf mühitə ciddi ziyan vurub.

Kəmərdən çıxan alov yaxınlıqdakı kənddəki evlərə də keçib. Yanğın nəticəsində 2-si uşaq olmaqla ümumilikdə 6 nəfər xəsarət alıb.

Partlayışdan sonra kənd boşaldılıb və yanğın nəzarətə götürülüb.

Perm qubernatorluğu partlayışla bağlı istintaq başladıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu