İran təbii qaz boru kəmərindəki partlayışın təxribat olduğunu açıqlayıb


İranın Çeharmahal-Bahtiari əyalətinin Borucen rayonunda təbii qaz paylayıcı xəttində səhər saatlarında baş verən partlayışın təxribat olduğu bildirilib.



İran Milli Qaz Şirkətinin Qaz Paylama üzrə meneceri Səid Akli dövlət televiziyasına Borucen rayonunda təbii qaz kəmərində baş verən partlayışla bağlı açıqlama verib.

Partlayışın təxribat olduğunu bildirən Aklı, "Bu terror təxribat hadisəsi səhər saat 01:00 radələrində həyata keçirilib. Partlayışdan sonra Neft Naziri Cevad Ovci, nazir müavinləri və əlaqədar təhlükəsizlik qurumları təcili olaraq toplanıb" deyə vurğulayıb.

Partlayış səbəbiylə ölkə daxilində qaz paylama şəbəkəsində qeyri-sabitliyin olmadığını vurğulayan Akli, yalnız İsfahan vilayətində xəttə yaxın olan bəzi kəndlərdə təzyiqin düşməsi və qazın kəsilməsinin yaşandığını, kəsintilərin aradan qaldırılması üçün işlərin davam etdiyini bildirib.

İran rəsmisi partlayış nəticəsində ölən və yaralananların olmadığı barədə məlumat paylaşıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bildirilib ki, səhər saatlarında İranın Çeharmahal-Bahtiyar əyalətinin Borucen rayonunda təbii qaz magistral paylayıcı boru kəmərində şiddətli partlayış baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu