Türkiyə-İran qaz boru xəttində partlayış olub




Bu gün səhər saat 06.00-da Türkiyə-İran qaz boru xəttinin Türkiyənin Doğubeyazıt rayonunda Gürbulak Sərhəd keçid məntəqəsindən keçən hissəsində partlayış baş verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra 40 metr yüksəkliyində yanğın baş verib.

Qeyd edək ki, yanğınsöndürənlərin, mülki müdafiə və təhlükəsizlik qüvvələrinin cəlb olunduğu yanğını söndürmək üçün qaz xəttindəki təbii qazın qurtarması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu