Rusiyada zavodda partlayış olub, 6 nəfər ölüb, 2 nəfər yaralanıb


Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində “Promsintez” zavodunda partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.


“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

İlkin məlumata görə, partlayış texniki boru kəmərində yanğın zamanı baş verib.

Qeyd edək ki, “Promsintez” zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu