Ankarada raket zavodunda partlayış baş verib - 5 nəfər ölüb


Ankarada raket zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb.


AFN.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şənbə günü səhər Ankarada MKE raket və partlayıcı maddələr zavodunda partlayış baş verib. “Ankaranın Elmadağ rayonunda yerləşən MKE raket zavodunda partlayış olub. Partlayış nəticəsində 5 işçimiz həlak olub. Faktla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb”, - deyə nazirlikdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu