ABŞ-da təbii qaz partlayışı: 3 ölü, 5 yaralı



ABŞ-ın Texas ştatının Dallas şəhərindəki yaşayış binalarından birində baş verən təbii qaz sızması nəticəsində qeydə alınan partlayışda 3 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

AFN.az xəbər verir ki, Dallasın Ok Kliff bölgəsindəki binada təbii qaz sızması barədə daxil olan müraciətdən sonra əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hadisə yerinə gedən xilasetmə qrupları hələ ünvana çatmamış binada güclü partlayış baş verib.

Partlayışdan sonra yaranan yanğın nəticəsində yaşayış binasına ciddi ziyan dəyib və tikili böyük ölçüdə dağılıb.

Dallas Yanğından Mühafizə İdarəsinin rəsmiləri dağıntılar altında aparılan axtarış-xilasetmə işləri zamanı iki qadın və bir uşağın cəsədinin tapıldığını bəyan ediblər.

Xəsarət alan 5 nəfər dərhal xəstəxanalara yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Dağıntılar altında qalanların olması ehtimalına qarşı axtarış işləri davam etdirilir.

Bölgədəki təbii qaz paylayıcı şirkəti hadisəyə ərazidə fəaliyyət göstərən müstəqil podratçı tikinti qrupunun qaz borusunu zədələməsinin səbəb olduğunu açıqlayıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hadisənin başvermə səbəblərini araşdırmaq məqsədilə bölgəyə xüsusi istintaq qrupu göndərdiyi diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu