Rutte: Üçtərəfli görüşün nəticələrindən narahat deyilik
NATO-nun baş katibi Mark Rutte Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünü vacib hesab etdiyini və onun nəticələrindən narahat olmadığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rutte Berlində Ukrayna üzrə “könüllülər koalisiyası”nın toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında belə görüşlərin tamamilə normal olduğunu deyib.
O, Rusiyanın və ABŞ-ın böyük nüvə dövlətləri olduğunu, Çinin isə nüvə gücü kimi yüksəldiyini xatırladıb.
“Buna görə də mən ümumiyyətlə heç bir narahatlıq keçirmirəm”, – deyə NATO baş katibi vurğulayıb.
