Dünyanın fərqli bölgələrində son 24 saatda 4 böyük zəlzələ baş verib
Dünyanın fərqli ölkələrində son 24 saat ərzində ən güclüsü 7,5 olmaqla 4 böyük zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) yaydığı məlumata görə, ABŞ-nin Kaliforniya ştatının Redvud Velli bölgəsinin 11 kilometr şimalında 5,6 gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 8,8 kilometr dərinliyində qərarlaşıb.
Veneseulada isə cəmi 39 saniyə fərqlə iki dağıdıcı zəlzələ olub. Yarakuy ştatının Yumare şəhərinin 23 kilometr cənub-şərqində 7,5 gücündə, eyni ştatın San Felipe şəhərinin 24 kilometr şimal-şərqində isə 7,2 gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələlərin dərinliyi Yumaredə 10, San Felipedə isə 21,9 kilometr olaraq ölçülüb.
Digər güclü zəlzələ isə Yaponiyanın şimal-şərqində, İvate prefekturası sahillərində qeydə alınıb. İvate prefekturasının Kuji şəhəri sahillərində baş verən 6,9 gücündəki zəlzələ yerin 51,7 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Yerli mətbuatda yer alan xəbərlərə görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

