Brent markalı neftin bir bareli 96,89 dollara düşüb
Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 96,89 dollardan satılır.
AFN.az xəbər verir ki, cümə günü 100,83 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 98,32 dollardan başa vurub.
Bu gün Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 1,4 faiz azalaraq 96,89 dollara enib. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 89,96 dollar olub.
Texniki təhlillərə görə, Brent neftinin qiymətində 97,19 dollar müqavimət, 96,09 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
