İran ABŞ-ın İordaniyadakı hərbi bazasını raketlərlə vurduğunu açıqlayıb


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada ABŞ dəniz piyadalarının yerləşdiyi “Camp Titin” bazasına ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

SEPAH-ın iddiasına görə, zərbə nəticəsində çox sayda ABŞ hərbçisi ölüb, bir neçə hərbi obyekt və helikopter məhv edilib.

İran tərəfi hücumun ölkənin cənubundakı Sirik şəhərində toy mərasiminin keçirildiyi evə ABŞ zərbəsinə cavab olaraq həyata keçirildiyini bildirib. SEPAH həmin hücum nəticəsində təxminən 50 nəfərin öldüyünü və ya yaralandığını, onların arasında uşağın da olduğunu iddia edib.

İran qurumu cavab əməliyyatlarının davam etdiyini açıqlayıb.

Qeyd edək ki, İordaniya ordusu hücum zamanı ölkənin hava məkanına daxil olan 13 ballistik raketdən 10-nu zərərsizləşdirdiyini və ölən və yaralananların olmadığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu