İran Küveytdəki ABŞ bazalarına zərbələr endirdi



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana məxsus Qeşm adasına təşkil etdiyi hücuma cavab olaraq Küveytdə ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaları raketlərlə vurduğunu bəyan edib.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu ABŞ ilə İran arasında Hörmüz boğazında qarşılıqlı hücumların reallaşdırıldığını açıqlayıb.

Yayılan bəyanatda Amerika qüvvələrinin İranın Qeşm adasındakı milli suverenliyini hədəf alan açıq təcavüzünə cavab olaraq SEPAH-ın Hava-Kosmik Qüvvələrinin Küveytdəki amerikalı işğalçıların hərbi bazalarını dəqiq və intensiv raket zərbələri ilə vurduğu diqqətə çatdırılıb.

Hücum zamanı hədəf alınan bazaların məhv edildiyi və amerikalı hərbçilərin sığınacaqlarının dağıdıldığı qeyd olunub.

İrana qarşı hücumlar üçün öz ərazilərini və hava məkanını ABŞ-ın ixtiyarına verən ölkələrə xəbərdarlıq edilən açıqlamada vur-qaç dövrünün başa çatdığı, təcavüzkarların öz cahilliklərinin və ehtiyatsız macəralarının ağır nəticələrinə qatlanmaq məcburiyyətində qalacaqları vurğulanıb.

İran mətbuatı bundan əvvəl Hörmüz boğazı yaxınlığında yerləşən İrana məxsus Qeşm adasında partlayış səslərinin eşidildiyini xəbər vermişdi.

Bu xəbərlərin ardınca Küveyt ordusu ölkə ərazisinə yönələn raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının qarşısını almağa çalışdığını bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu