İran mediası: Qeşm adasında partlayış səsləri eşidilib
İranda Hörmüz boğazı yaxınlığında yerləşən Qeşm adasında partlayış səslərinin eşidildiyi bildirilib.
AFN.az xəbər verir ki, "Mehr" xəbər agentliyinin məlumatına görə, Qeşm adasında partlayış səsi eşidilib.
Partlayış səsləri bölgə sakinlərində narahatlığa səbəb olub.
"Təsnim" xəbər agentliyi isə eşidilən səslərin partlamamış sursatların məhv edilməsindən qaynaqlandığını açıqlayıb.

