Tehranda yenidən güclü partlayış səsləri eşidildi

İran ilə İsrail arasında qarşılıqlı hücumlar davam edərkən Tehranın şərq hissəsindən güclü partlayış səsləri eşidilib.
"Tesnim" xəbər agentliyinin məlumatına görə, partlayış səslərinin Tehranın şərqində yerləşən Hakimiye və Tehranpars qəsəbələrindən gəldiyini bildirib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında paylaşım edərək İranı hədəf alan hücumlarda ölkənin ən böyük nüvə obyektlərindən biri olan Natanzla yanaşı, İsfahanda yerləşən başqa bir nüvə obyektinin də vurulduğunu iddia edib.