Tehranda klinikada güclü partlayış - 19 nəfər ölüb - VİDEO




İranın paytaxtı Tehranın şimalında partlayış olub.



AFN "Report"a istinadla xəbər verir ki, İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində 19 nəfər ölüb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin öldüyü qeyd edilirdi. Səhiyyə nazirinin müavini İraca Harirçi bildirib ki, hadisə zamanı binada 25 nəfər olub.

Klinikanın binası partlayış zamanı ciddi zərər çəkib.

[media=https://youtu.be/CDPjcUQerYo]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu