İranda güclü partlayış: 500-dən çox yaralı var

İranın cənubundakı Bəndər Abbas şəhəri yaxınlığındakı Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində 516 nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Partlayış yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 13:00) baş verib və Fars körfəzindəki Qeşm ada şəhərində eşidilib. Tasnim Xəbər Agentliyi hadisənin mümkün səbəbinin yanacaq çəninin partlaması olduğunu bildirib. Limanın fəaliyyəti dayandırılıb.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib.
AFN.az xəbər verir ki, hadisə nəticəsində 281 nəfər yaralanıb.
Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.