İran Küveytdəki ABŞ obyektlərinə yeni raket hücumu həyata keçirib


İran Küveyt ərazisində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus hərbi obyektlərə qarşı yeni hücum dalğasına başlayıb.

AFN.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. Agentliyin verdiyi məlumata görə, bir neçə saat əvvəl İran tərəfindən Küveytdəki ABŞ hədəflərinə qarşı yeni raket zərbələri endirilməsinə başlanılıb.

Hələlik hücumun nəticələri, dağıntılar və ya itkilər barədə rəsmi məlumat verilmir. Xatırladaq ki, bu hücum regionda davam edən genişmiqyaslı hərbi gərginliyin növbəti mərhələsidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu