Arzumun məhkəmə zalında həbsi tələb olundu


İdarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) məhkəmə istintaqı başa çatıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.

Prokuror elan edib ki, cinayət işində göstərilən hallar məhkəmə istintaqı zamanı təsdiqini tapıb və təqsirləndirilən şəxsə verilmiş ittiham sübuta yetirilib.

Bu əsasla Arzumun yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. O, hazırda azadlıqdadır. Prokuror qadının məhkəmə zalında həbs edilməsi tələbini də çıxışına əlavə edib.

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu