Elarizin kürəkəninin 12 il həbsi tələb edildi


Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror bildirib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmədə də sübuta yetirilib.

Bu səbəbdən prokuror Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfi isə ittihamla razılaşmadığını bildirib. Vəkilə müdafiə çıxışı üçün vaxt ayrılıb.

Növbəti iclasda məhkəmə araşdırmasının yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub. Şikayətçilər isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və iş adamı Yadigar İsrafilovdur.

Nizami Alışan həmçinin AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu