SpaceX qeydiyyat yerini dəyişib


SpaceX qeydiyyat vəziyyətini Delaverdən Texasa dəyişib.


Bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində məlumat verib.

O, Texas Qubernatorluğundan qeydiyyatının dəyişdirilməsi ilə bağlı sənədi də paylaşıb. Mask digər iş adamlarına da ondan nümunə götürməyi tövsiyə edib. "Şirkətiniz hələ də Delaverdə qeydiyyatdadırsa, mümkün qədər tez başqa bir ştata köçməyi məsləhət görürəm" - deyə Mask bildirib.

Bu, Delaver məhkəməsinin İlon Maska baş direktoru olduğu "Tesla" ilə müqavilədə nəzərdə tutulan 55,8 milyard dollar məbləğində bonusun ödənilməsinə mane olmasından sonra baş verib. Sahibkar bu pulun planetlərarası səyahətin maliyyələşdirilməsinə sərf ediləcəyini iddia edib. Hakim Catalin Makkormik 201 səhifəlik rəyində məbləği "anlaşılmaz" adlandırıb və hesab edib ki, bu məbləğin ödənilməsi səhmdarlara qarşı ədalətsizlik olacaq.

Bundan sonra Mask "Tesla"nı Texas ştatında qeydiyyatdan keçirməyə qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu