İlon Maskın Marsa uçuşları başlayır
"SpaceX"-in CEO-su İlon Mask Starship raketinin Marsa missiyasına 2026-cı ildə başlayacağını açıqlayıb.
İlk buraxılışlar ekipajsız olacaq və beləliklə, Marsa təhlükəsiz eniş sınaqdan keçiriləcək. Enişlər uğurlu olarsa, insanların Marsa uçuşları dörd il ərzində başlaya bilər.
Bu barədə İlon Mask sosial media platformasında bildirib
Marsa möhkəm enişin etibarlılığını yoxlamaq üçün ekipajsız olacağını bildirən Mask, bu enişlərin yaxşı keçəcəyi təqdirdə kosmos şirkətinin 4 il sonra ilk ekipajlı uçuşları həyata keçirəcəyini əlavə edib.
"Təxminən 20 il ərzində özünü təmin edən şəhər qurmaq məqsədi ilə uçuş sürəti bundan sonra eksponent olaraq artacaq" - deyə Mask bildirib.
2002-ci ildə SpaceX-i quran Mask aprel ayında Marsa enəcək ilk ekipajsız gəminin Starship olacağını və insanların son 7 ildə ilk dəfə Marsa enəcəyini bildirmişdi.