İlon Maskın Marsda yaşayışla bağlı xəyalları belə reallaşacaq - VİDEO+FOTOLAR


İlon Mask yaxın onillikdə Qırmızı Planetə (Marsa) ilk insanları göndərə biləcəyinə inanır.


AFN.az xəbər verir ki, Maska məxsus "SpaceX" göyərtəsində insanların olduğu hava gəmisinin "Starship" raketinin köməyilə Marsa ilk uçuşunun necə olacağını açıqlayıb.

Bu barədə məlumatı "Daily Mail" yayıb.

Mask bundan əvvəl yaxın 10 ildə Marsa ilk insanları göndərəcəyini bildirmişdi. Lakin bunun üçün nəzərdə tutulan "Starship" raketi hələ sınaqdan belə keçməyib. İlk uçuş gələn həftə baş tutmalıdır. Bəzi alimlərin fikrincə, İlon Maskın yaxın onillikdə Marsa uçuşlarla bağlı proqnozları çox optimistdir.

"SpaceX"-in yeni videosunda mütəxəssislər dünyanın ən güclü raketi olan 3 milyard dollar dəyərində "Starship"in Qırmızı Planetə ilk uçuşa necə göndərildiyini göstərir. Videoda raketin gəmini kosmosa çıxarmağa necə hazırlaşdığı əksini tapıb. Bu, həm də Marsa 9 aylıq səyahətin başlanğıcı olacaq.

"SpaceX" həmçinin videoda bu planetdə gələcək insan koloniyasının necə görünəcəyini göstərib. Kadrlarda Marsa nə qədər kosmik gəminin getdiyini və koloniyanın özünün planetdəki günbəzlərdən ibarət olduğunu görə bilərsiniz.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu