İlon Mask Ayda daimi baza yaratmağı təklif edib
Amerikalı sahibkar və milyarder İlon Mask Ayda daimi baza yaratmağı təklif edib.
Bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
"Biz Ayda daimi yaşayış bazası yaratmalıyıq".
Bundan əvvəl Mask ABŞ-ın Marsa missiya göndərməsinin vaxtının çatdığını bildirib. O qeyd edib ki, bu yolla ölkə planetdə yeni sivilizasiyanın qurulmasına kömək edə bilər.
Sahibkar Marsda ilk şəhərin adını da fikirləşib. Onun fikrincə şəhər "Bar" adlanmalıdır. Apreldə o, planetdə belə bir yaşayış məntəqəsinin yaradılmasına 20 il lazım olacağını qeyd etmişdi.