İlon Mask Kadırova belə istehza etdi - FOTO


Amerikalı milyarder İlon Mask öz rəsmi tviter hesabında adını dəyişərək qadın adı - İlona Mask (Elona Musk) qoyub.


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, milyarder bunu Çeçenistan rəhbəri Ramzan Kadırovla yazışmasından sonra edib.

Belə ki, Mask bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.

Ramzan Kadırov Maskın bu çağırışına münasibət bildirib və Putini müdafiə edib. Kadırov milyarderə Çeçenistanın təlim düşərgələrində və Rusiyanın hərbi universitetlərində xüsusi hazırlıq keçməyi təklif edib. O, milyarderə müraciət edərək bildirib ki, zərif İlonadan qəddar İlona çevrilməsi üçün məşq etməlidir.

Bunun ardınca isə, İlon Mask istehza ilə öz tviter hesabının adını dəyişərək İlona Mask edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu