Los-Ancelesdə komendant saatı elan edilib

Los-Anceles şəhərinin meri Karen Bass şəhərdə komendant saatı elan etdiyini açıqlayıb.
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına daxil olan Los-Anceles şəhərinin meri Karen Bass qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələr səbəbindən komendant saatı tətbiq etdiyini açıqlayıb.
Yasağın yerli vaxtla saat 20:00-da başlayacağı, səhər saat 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı bildirilib.