Avstraliyanın Alice Springs şəhərində qismən komendant saatı tətbiq edildi


Avstraliyanın Alice Springs şəhərində baş verən şiddət hadisələrinin ardından fövqəladə vəziyyət elan ediləcəyi və gənclərə 2 həftə müddətində qismən komendant saatı tətbiq ediləcəyi açıqlanıb.



The Guardian-ın verdiyi xəbərə görə, Şimali Territoriya ştatının Alis Sprinqs şəhərinin bəzi yerlərində zorakılıq və xaos hadisələri baş verib.

Aralarında gənclərin də olduğu təxminən 70 nəfərin bir obyektə kərpic və ya daş ataraq hücum etməsinin görüntüləri sosial mediada yayılmağa başlayıb.

Polis obyektə hücum edən 5 nəfəri saxlayıb və hücumda istifadə edilən 50-dən çox aləti müsadirə edib. Bildirilib ki, şəhərin kənarındakı bir bölgədə oxşar zorakılıq hadisələri zamanı təxminən 150 nəfər iştirak edib.

Ştatın Baş naziri Eva Loyler Alice Springsdə fövqəladə vəziyyət elan ediləcəyini və oxşar vəziyyətlərlə mübarizə aparmaq üçün polis sayının artırılacağını açıqlayıb.

Loyler 2 həftə ərzində hər gün saat 18.00-dan başlayaraq şəhərdə 18 yaşından kiçik gənclərə 12 saatlıq komendant saatı tətbiq ediləcəyini bildirib.

Sözügedən gərginliyin bir müddət əvvəl maşın vuraraq dünyasını dəyişən gəncin yaxınları ilə bağlı olduğu iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu