Fransanın Qvadelupa adasında azyaşlılar üçün komendant saatı tətbiq edilib
Fransa hökuməti ölkənin Qvadelupa adasında cinayət nisbətinin artması ilə əlaqədar 18 yaşından kiçiklər üçün müəyyən saatlarda komendant saatı tətbiq edəcək.
Fransanın daxili işlər naziri Gerald Darmanin adada cinayət nisbətinin artdığını əsas gətirərək, Puante a Pitre şəhərində saat 20:00-dan sonra azyaşlılar üçün komendant saatı tətbiq ediləcəyini açıqlayıb.
Adaya səfər edən Darmanin həftənin əvvəlindən qüvvəyə minəcək komendant saatının 2 ay müddətində tətbiq ediləcəyini bildirib.
Azyaşlıların əllərində silahla küçələrə çıxdıqlarına diqqət çəkən Darmanin, bu gənclərin şəhər sakinlərini və turistləri təhdid etməsinə icazə verməyəcəklərini deyib.
Darmaninin açıqladığı qərar şəhər rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Qərarın Pointe a Pitre şəhərinin meri Harri Durimelin xarici ərazilər üzrə nazir müavini Mari Guevenoux ilə görüşündən sonra qəbul edildiyi öyrənilib.
2020-ci ildən bələdiyyə sədri vəzifəsini icra edən Durimel azyaşlılar arasında cinayət nisbətinin 12 faizdən 38 faizə yüksəldiyini açıqlayıb.