Aİ-nin 2027-ci il sammiti Romada keçiriləcək
İtaliya hökuməti Avropa İttifaqının 2027-ci ilin martında Romada sammit keçirməsi təklifini qəbul edib. Tədbirin Roma müqaviləsinin imzalanmasının 70 illiyinə həsr olunması planlaşdırılır.
AFN.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin Kici sarayındakı mənbələr jurnalistlərə məlumat veriblər.
Qərar gələn həftə Brüsseldə rəsmi şəkildə təsdiqlənməlidir. Roma 2017-ci ildə də Roma müqaviləsinin 60 illiyi münasibətilə Aİ liderlərinin yubiley sammitinə ev sahibliyi edib.
1957-ci ildə Almaniya, İtaliya, Fransa, Belçika, Niderland və Lüksemburqun liderləri Romada insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti qarşısındakı maneələrin aradan qaldırılmasını nəzərdə tutan müqavilə imzalayıblar. Bu sənəd 1951-ci ildə Parisdə imzalanmış Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında müqavilənin davamı olub və Avropa İqtisadi Birliyinin, eləcə də sonrakı Aİ müqavilələrinin əsasını təşkil edib.
