Fransa baş naziri fövqəladə vəziyyəti istisna etməyib
Fransanın baş naziri Sebastyan Lekornyu etirazlar və iğtişaşlar davam edərsə, ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq oluna biləcəyini istisna etməyib.
AFN.az xəbər verir ki, hökumət başçısı hazırda ölkənin bir neçə bölgəsində tətbiq edilən komendant saatının daha məqbul tədbir olduğunu bildirib.
Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb. Bu göstərici güc strukturlarının analitiklərinin proqnozlarını iki dəfə üstələyib.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nünyes talanlarda və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasının davam etdiriləcəyini bildirib.

