Afrikanın beş ölkəsi silahlı qruplaşmaların tərksilahı planını razılaşdırıb


Afrikanın Böyük Göllər regionunun beş ölkəsi ərazidə fəaliyyət göstərən xarici silahlı qruplaşmaların tərksilahı və üzvlərinin vətənlərinə qaytarılması üzrə birgə plan layihəsini razılaşdırıb.

AFN.az xəbər verir ki, bu barədə Ruanda mediası məlumat yayıb.

Oktyabrın 18-də Zambiyanın paytaxtı Lusakada keçirilən görüşdə Burundi, Konqo Demokratik Respublikası (KDR), Ruanda, Uqanda və Tanzaniyanın nümayəndələri tərksilah, demobilizasiya, repatriasiya və reinteqrasiya üzrə vahid prosedurlar layihəsini təsdiqləyiblər. Sənəd oktyabrın 17-də ekspertlər tərəfindən nəzərdən keçirilib.

Razılaşdırılmış prosedurların yekun təsdiq üçün dövlət başçılarına təqdim edilməsi nəzərdə tutulur. Təşəbbüsün məqsədi silahlı qruplaşmalara qarşı mübarizədə ölkələr arasında koordinasiyanı gücləndirmək və keçmiş döyüşçülərin mənşə ölkələrinə qaytarılması üçün ümumi mexanizmlər yaratmaqdır.

Görüş Böyük Göllər regionu üzrə Beynəlxalq Konfransın təşkil etdiyi regional təhlükəsizlik məsləhətləşmələri çərçivəsində keçirilib.

BMT baş katibinin Böyük Göllər regionu üzrə xüsusi nümayəndəsi Xuan Sya daha əvvəl Təhlükəsizlik Şurasında bildirib ki, vahid prosedurların hazırlanması, xüsusilə, Ruandanın Azadlıq Uğrunda Demokratik Qüvvələri, Uqandanın Müttəfiq Demokratik Qüvvələri və Burundinin RED-Tabara silahlı hərəkatına qarşı mübarizəyə xidmət edir. Onun sözlərinə görə, yeni mexanizmlər KDR-nin şərqində və qonşu ölkələrdə münaqişələrin həllinə, təhlükəsizlik təhdidlərinin azaldılmasına kömək etməlidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu