Konqodakı münaqişələrdən qaçan mindən çox insan Uqandaya sığınıb


Konqo Demokratik Respublikasında (KDR) ordu birlikləri ilə üsyançılar arasında toqquşmalara görə 1000-dən çox insan qonşu Uqandaya sığınıb.


Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamaya görə, KDC-dəki qarşıdurmalar səbəbindən çoxlu insan evlərini tərk edib.

Açıqlamaya görə, hökumət qüvvələri ilə KDC-də üsyançı qruplar arasında davam edən qarşıdurmalar səbəbindən 1000-dən çox insan qonşu Uqandaya sığınıb.

Uqandaya sığınanların Bundibuqyo bölgəsinə keçdiyi qeyd edilib və qaçqınlara humanitar yardımın edildiyi açıqlanıb.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildir ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Bölgədə fəaliyyət göstərən üsyançı qrupların hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu