BMT Sülhməramlıları Konqo Demokratik Respublikasından geri çəkilməyə başlayır


Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyası aprelin sonuna qədər Konqo Demokratik Respublikasından 2 min əsgərin çəkiləcəyini açıqlayıb.



Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyasının (MONUSCO) rəhbəri Bintou Keyta və Konqo Demokratik Respublikasının (DRC) Xarici İşlər Naziri Kristof Lutundula Kinşasada keçirilən birgə mətbuat konfransında ölkədən geri çəkilmə planının təfərrüatlarını bölüşüblər.

Hazırda ölkədə 13 min 500 nəfərlik qüvvəyə sahib olduqlarını bildirən MONUSCO prezidenti Keyta, üç mərhələli planın birincisinin aprel ayının sonuna qədər tamamlanacağını və bu rəqəmin 11 min 500-ə enəcəyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Kivudakı 14 bazasının Konqo təhlükəsizlik qüvvələrinə veriləcəyini qeyd edən Keyta, Şimali Kivu və İturi bölgələrindəki BMT qüvvələrinin gələcəkdə geri çəkiləcəyini bildirib.

Xarici işlər naziri Lutundula da geri çəkilmənin ilin sonuna qədər tamamlanacağını gözlədiklərini bildirib.

Ötən ay BMT Təhlükəsizlik Şurası (BMT TŞ) ölkədəki missiyanı mərhələli şəkildə dayandırmaq qərarına gəlib.

Dünyada BMT-nin ən böyük missiyalarından biri olan MONUSCO-nun ölkəni tərk etməsi üçün ictimaiyyət tərəfindən çoxlu nümayişlər keçirilib.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Konqo hökumətinin tələbi ilə Şərqi Afrika İcması da öz sülhməramlılarını ölkədən çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu