BMT Təhlükəsizlik Şurası Malidəki missiyasını başa vurur


2013-cü ildən bəri Malidə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Mali Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının mandatına son qoyulması qərara alınıb.


Mali hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) dərhal dayandırılmasını tələb etdikdən sonra BMT Təhlükəsizlik Şurası bu gün missiyanın taleyi ilə bağlı səsvermə keçirib. Şura yekdilliklə MINUSMA-nın mandatına xitam verilməsi barədə qərar qəbul edib.

Qətnamədə vurğulanıb ki, Malidəki vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam edir. Buna uyğun olaraq sabahdan etibarən MINUSMA-nın fəaliyyətini dayandırması, vəzifələrin ötürülməsi və personalın nizamlı və təhlükəsiz şəkildə geri çəkilməsi başlayacaq.

Prosesin 31 dekabr 2023-cü ilə qədər başa çatdırılması gözlənilir. Missiyanın rəsmi ləğvi 2024-cü il yanvarın 1-dən başlayacaq.

Xatırladaq ki, Malinin xarici işlər naziri Abdoulaye Diop 16 iyunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında MINUSMA-nın fəaliyyətini dərhal dayandırmasını tələb edib.

25 aprel 2013-cü ildə Malidə başlayan təhlükəsizlik böhranından sonra yaradılan Missiyada 13 mindən çox əsgər və 2000-ə yaxın polis əməkdaşı çalışır.

Qeyd edək ki, MINUSMA dünyada ən çox itki verən sülhməramlı kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu