Mali BMT missiyasının dərhal ölkədən çıxarılmasını tələb edib


Malinin xarici işlər naziri Abdoulaye Diop BMT Təhlükəsizlik Şurasından Malidəki missiyanın ölkədən çıxarılmasını tələb edib.


"Report" xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Diop BMT Baş katibinin təklif etdiyi missiyanın mandatının dəyişdirilməsi üçün bütün variantları rədd edib.

Nazir missiyanın ölkəsindəki təhlükəsizlik məsələlərinin həllində uğursuzluğunu əsas gətirib.

RFI-nın məlumatına görə, Diopun açıqlaması BMT missiyasının mandatının yenilənməsini müzakirə etmək üçün toplaşan bəzi xarici diplomatları təəccübləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu