Konqo Demokratik Respublikasında uşaqların tapdığı bomba partlayıb - 15 nəfər ölüb


Konqo Demokratik Respublikasında (KDR) bir qrup uşağın oynayarkən tapıb evə gətirdiyi bombanın partlaması nəticəsində ən azı 15 nəfər həyatını itirib.



Ölkənin şərqindəki Şimali Kivu bölgəsində bir qrup uşaq oynayarkən tapdıqları partlayıcını Masisi qəsəbəsindəki evlərinə gətirib.

Telesfor Mitondeke adlı yerli sakin bildirib ki, bomba qəsəbədəki insanlar partlayıcının nə olduğunu anlamağa çalışarkən partlayıb. Partlayış nəticəsində azı 15 nəfər həlak olub.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildir ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Silahlı qrupların hücumları nəticəsində minlərlə dinc sakin həyatını itirib.

Bölgədə tərk edilmiş və qapalı vəziyyətdə çoxlu sayda partlayıcının olduğu məlumdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu