Avstraliyada məşhurların qumar reklamlarında iştirakı qadağan edilir



Avstraliyada 2027-ci ildən etibarən ictimaiyyət tərəfindən tanınan şəxslərin qumar reklamlarında iştirakının qadağan ediləcəyi bildirilir. 

AFN.az xəbər verir ki, Avstraliyanın Rabitə və Media İdarəsinin (ACMA) açıqlamasına əsasən, yeni qaydalara görə, hazırda və ya əvvəllər peşəkar idmanla məşğul olmuş şəxslər, məşhurlar, sosial media fenomenləri və digər tanınmış şəxslər 2027-ci ildən etibarən qumar reklamlarında yer ala bilməyəcəklər.

Qadağa televiziya, radio, xəbər saytları, onlayn oyunlar və sosial media da daxil olmaqla, bütün platformalarda qumar oyunlarının tanıtımını və reklamını əhatə edir.

Həmçinin, yeni ildən etibarən lisenziyalı onlayn mərc operatorlarına da bu cür şəxslərlə sponsorluq və ya tanıtım müqavilələri bağlamaq qadağan ediləcək.

ACMA təlimatın sektor nümayəndələrinə yeni tələbləri və müvafiq istisnaları anlamağa, eləcə də onlara hazırlaşmağa kömək etmək məqsədi daşıdığını vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu