Fransada liseylərdə də mobil telefon istifadəsi qadağan edildi



Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən liseylərdə də mobil telefon istifadəsinin qadağan edildiyini bildirib.

AFN.az xəbər verir ki, Makron sosial media hesabında etdiyi açıqlamada uşaqları ekranların mənfi təsirlərindən qorumaq məsələsində daha çox gözləyə bilməyəcəklərini bildirərək liseylərdə mobil telefon qadağası ilə bağlı qanunun qüvvəyə mindiyini açıqlayıb.

Fransa Prezidenti Makron qanunun sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən qüvvədə olacağını qeyd edib.

Fransa hökuməti 2018-ci ildən ibtidai və orta məktəblərdə qüvvədə olan mobil telefon istifadəsi ilə bağlı tənzimləmənin yeni tədris ilindən etibarən liseylərdə də tətbiq edilməsini planlaşdırdığını açıqlamışdı.

Fransa Milli Assambleyası və Senat tərəfindən qəbul edilən qanun Konstitusiya Şurası tərəfindən də təsdiqlənmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu