Litva NATO ilə dronlara qarşı tədbirləri müzakirə edəcək


Litva hava məkanını pozan pilotsuz uçuş aparatlarının vizual təmas olmadan vurulması qaydalarının dəyişdirilməsi üçün NATO ilə məsləhətləşmələr aparacaq.

AFN.az xəbər verir ki, Litvanın baş naziri Mindauqas Sinkeviçyus bu barədə LRT milli telekanalının efirində bildirib.

Baş nazir NATO-dan dronlara müdaxilə qaydalarının yenidən nəzərdən keçirilməsini istədiyini və bunun üçün təxminən bir ayın kifayət edəcəyinə ümid etdiyini deyib. Onun fikrincə, alyans hava məkanının pozulmasına reaksiyanın formasını üzv ölkələrin öz ixtiyarına verə bilər.

Mövcud qaydalara əsasən, sülh dövründə dron pozuntusunu aşkar edən qırıcı pilotu hədəfin məhz həmin aparat olduğuna şəxsən əmin olmadan atəş aça bilməz.

Bazar günü güclü duman səbəbindən NATO pilotları Litva üzərində hava məkanını pozan dronu vurmayıblar. Baltik ölkəsinin Müdafiə Nazirliyinin məlumatına görə, həmin aparat Sankt-Peterburqa hücumda iştirak etmiş Ukrayna dronu olub. Kursunu itirən pilotsuz uçuş aparatı daha sonra Litva ərazisinə düşüb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu