Britaniya NATO ölkələrinin hava məkanını qorumağa hazırdır


Böyük Britaniya xarici işlər naziri İvett Kuper ölkəsinin NATO üzv dövlətlərinin hava məkanını qorumaqda iştirak etməyə hazır olduğunu bildirib.

Kuper bu barədə BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bəyan edib. O qeyd edib: “Son həftələrdə Estoniya, Polşa və Ruminiya üzərində NATO hava məkanının təxribatçı və məsuliyyətsiz pozuntularını müşahidə etdik. NATO bu hallara qəti şəkildə qarşı çıxır və biz hazırıq ki, lazım gəlsə tədbir görək.”

Qeyd edək ki, Tallin şübhəli rus qırıcılarının hava sərhədlərini pozması ilə bağlı Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən NATO üzvləri ilə məsləhətləşmə aparıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu