NATO Polşadakı PUA insidentini hücum kimi qiymətləndirmir


Şimali Atlantika Alyansı dronların Polşanın hava məkanını pozması ilə bağlı insidenti hücum kimi qiymətləndirmir.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

"NATO təyyarələri ilk dəfə olaraq müttəfiqlərin hava məkanında potensial təhlükələrə hücum edib", - deyə mənbə bildirib. O əlavə edib ki, NATO Patriot hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri radardan istifadə edərək aşkar edib, lakin onlara atəş açmayıb. Mənbə əməliyyata Polşanın F-16 qırıcıları, Hollandiya F-35-ləri və İtaliyanın AWACS erkən xəbərdarlıq təyyarələrinin cəlb edildiyini bildirib.

Bu gün səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Hazırda uçan obyektlərin axtarışı aparılır. Hadisə ilə əlaqədar ölkənin bir hissəsi üzərində, o cümlədən Varşava Şopen hava limanı üzərində hava məkanı müvəqqəti bağlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu