Aİ-də rusiyalı turistlərə vizalarla bağlı ümumi qərar gözlənilmir
Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti rusiyalılara turist vizalarının verilməsinin bütün birlik üzrə dayandırılması təklifini dəstəkləmir.
AFN.az xəbər verir ki, Çexiyanın xarici işlər naziri Petr Matzinka bu barədə “Seznam” xəbər portalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Aİ ölkələrinin böyük hissəsi Finlandiyanın təşəbbüsünə qoşulmadığı üçün ümumavropa səviyyəsində qərar qəbul olunması real görünmür. Buna görə də Çexiya milli yanaşmasını davam etdirəcək.
Matzinka xatırladıb ki, əvvəllər də birlik daxilində Finlandiyanın təklifinə bənzər təşəbbüslər irəli sürülüb, lakin nəticə verməyib. Çexiya 2022-ci il fevralın 24-dən etibarən Rusiya vətəndaşlarına milli səviyyədə viza verməyi dayandırıb. Hazırda vizalar yalnız humanitar səbəblərlə təqdim olunur.



