Çexiyada rusiyalı turistlər "yaşıl işıq"


Çexiya Səyahət Agentlikləri Assosiasiyasının rəis müavini Yan Papej bildirib ki, rusiyalı turistlər ölkəyə daha çox gəlməyə başlayıblar.


AFN.az xəbər verir ki, Yan Papej bu barədə "RİA Novosti"yə açıqlama verib. Assosiasiya sözçüsü qeyd edib ki, rusiyalı turistlərin əksəriyyəti xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarıdır. Onun sözlərinə görə, səyahət edənlərin bir hissəsi Türkiyə və Qətər vasitəsilə respublikaya çatıb. "Çexiya rusiyalı turistlərin sayının daha da artmasına imkan verib. Biz gözləyirik ki, 2023-cü ildə Rusiyadan keçən illə müqayisədə daha çox turist qəbul edəcəyik" - deyə o bildirib.

Ekspertin sözlərinə görə, 2022-ci ildə Çexiyaya 10-15 min arasında rusiyalı səfər edib.

Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsinə qadağa müddətini bir il uzadıb. Məhdudiyyətlər 31 mart 2024-cü il tarixinədək qüvvədə qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu