Rusiya və İran turizm sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar


Rusiya ilə İran arasında turizm sahəsində əməkdaşlıq memorandumu imzalanıb.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, sənədi "Rusiya - İslam Dünyası: KazanForum-2023" Beynəlxalq İqtisadi Forumunda Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin rəis müavini Dmitri Vaxrukov və İran departamentinin rəis müavini Əli Əzgər Şalbafiyan imzalayıblar.

Sazişə əsasən, ölkələr turist axınının artırılmasına kömək edəcək və özəl sektorun nümayəndələri arasında investisiya və ticarət əməkdaşlığını təşviq edəcəklər. Saziş çərçivəsində Rusiya və İranın turizm təşkilatları arasında əlaqələr quracağı və əməkdaşlıq proqramları hazırlayacağı planlaşdırılır.

Digər məsələlərlə yanaşı, iki ölkənin müvafiq idarələri turizm sənayesinin kadr potensialını təkmilləşdirəcək. Rusiya və İran innovativ turizm məhsulları yaratmağa hazırdır. Bunun üçün hər bir ölkədən olan mütəxəssislər görməli yerlər, mədəni-təbii irs və əyləncə obyektləri ilə tanış olacaqlar.

İki ölkənin sənaye təşkilatları arasında turizm və qonaqpərvərlik sənayesi üçün peşəkar kadrların hazırlanması üzrə ekspert mübadiləsinin yaradılması nəzərdə tutulur.

2Rusiya və İran turizmin bütün növlərinin, o cümlədən yerləşdirmə, mədəni və tarixi turizm, ekoturizm və yeni kruiz marşrutlarının yaradılmasının inkişafı və təşviqi sahəsində təcrübə mübadiləsi aparacaqlar. Müddəaların icrasına nəzarət Rusiya-İran Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Daimi Komissiyası çərçivəsində həyata keçiriləcək", - deyə bildirilir.

İran departamentinin nazir müavini Şəlbafiyan vurğulayıb ki, sentyabra qədər rusiyalı turistlər üçün İrana vizalar ləğv edilməlidir: "Bütün razılaşmalar əldə olunub, bu, sentyabra qədər baş verməlidir".

2022-ci ildə rusiyalı turistlərin İrana səfərlərinin sayı 2021-ci illə müqayisədə 4 dəfə artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu