İran və Çin yaşıl gömrük dəhlizinin yaradılması üzərində işləyir


İran Gömrük İdarəsinin rəis müavini Forud Əsgəri İran prezidentinin Çinə səfəri zamanı müzakirə edilən məsələlərdən danışıb.


AFN.az xəbər verir ki, Forud Əsgəri İRNA-ya müsahibəsində bildirib ki, gömrük sahəsində əsas məsələlər mal, avadanlıq və xammal idxalı ilə bağlıdır. "Çin həm idxal, həm də ixrac baxımından ölkəmizin böyük və mühüm ticarət tərəfdaşıdır" deyən gömrük idarəsinin rəis müavini vurğulayıb ki, hər iki tərəfdən iş adamlarının problemləri və yubanmaları minimuma endirməklə öz mallarını keçirməyə nail olmaq zəruridir: "Bunun üçün Çin gömrüyü ilə memorandum və müqavilələr şəklində dəhlizlər yarada bilsək, bu, hər iki ölkənin xeyrinə atılmış addım olar".
Hazırda Rusiya ilə yaşıl gömrük dəhlizinin fəaliyyəti müşahidə edilir: "Bu sahədə ölkənin iri iş adamlarının Rusiya ilə əlaqələr qurması üçün zəmin yaradılıb. Bundan başqa, həm İran, həm də Rusiya gömrüyü yaşıl dəhliz formasında imkanlar təqdim edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu