Malayziyadan 16 yaşdan aşağı şəxslərə sosial media qadağası


Malayziyanın Rabitə Naziri Fəhmi Fadzil gələn ildən etibarən 16 yaşdan aşağı şəxslərin sosial media hesabı yaratmasının qadağan ediləcəyini bildirib.

Malayziya mediasında yer alan xəbərlərə görə, Nazir Fəhmi yeni təsdiqləmə qaydaları ilə birlikdə uşaqların onlayn təhlükəsizliyini gücləndirməyə yönəlmiş hökumət səylərinin bir hissəsi olaraq, 2026-cı ildən etibarən 16 yaşdan aşağı şəxslərin sosial media hesabı açmasının qadağan ediləcəyini qeyd edib.

Fəhmi Avstraliyanın sosial media istifadəçiləri üçün tətbiq etdiyi yaş məhdudiyyətinin Malayziyanın tədbirləri üçün nümunə ola biləcəyini vurğulayıb.

Nazir bildirib ki, 16 yaşdan aşağı şəxslər üçün tətbiq ediləcək qadağa 1 yanvarda qüvvəyə minəcək. Fəhmi qeyd edib ki, qadağa Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində nəzərdə tutulan qorunmalarla uyğundur və valideynlər uşaqların cihazlarla qarşılıqlı əlaqələrini izləməlidilər.

Fəhmi əlavə edib ki, bütün platformalar istifadəçi hesabları yaradılarkən yaşın təsdiqlənməsini məcburi edəcək və bu təsdiqləmə rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçirilməlidir.

Qeyd edək ki, Avstraliyadakı yeni hüquqi tənzimləməyə əsasən, Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X-in də daxil olduğu qlobal sosial media platformaları 10 dekabrdan etibarən qanuna əməl etmədikləri halda təqribən 33 milyon dollara qədər cərimə ilə üzləşəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu