Floridada 14 yaşdan kiçik insanlar üçün sosial media qadağan edilib


ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini imzalayıb. Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.



ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis 14 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edən və 14-15 yaşlı uşaqların valideynlərinin razılığı ilə hesab açmasına icazə verən qanunla bağlı açıqlama verib.

Qubernator DeSantis sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif yollarla zərər verdiyini bildirdi.

DeSantis uşaqların yaş yoxlama xüsusiyyəti ilə pornoqrafik internet saytlarına daxil olmasının qarşısını almağı hədəfləyən qanunun valideynlərə uşaqlarını qorumaq imkanı verəcəyini bildirib.

Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu